İsrail Ordusu Fələstin radiosunu bağlayıb.
- Günel Ağayeva
- 21 нояб. 2015 г.
- 1 мин. чтения

Frans Press Agentliyi bildirib ki,İsrail hərbçiləri İordan çayının qərb sahilində yerləşən Hebron şəhərinə reyd zamanı Fələstin radiosunu bağlayıb.Bu, hərbçilərin bir ay içində bağladığı ikinci Fələstin radiosudur.Əl-Xəlil radiosu ötən axşam 6 ay müddətinə qapadılıb.Ordu radionu İsrail vətəndaşlarına qarşı terror və zorakılığa təhrikdə ittiham edib.Fələstin höküməti İsrailin hərəkətini pisləyərək, bunu beynəlxalq hüququn pozulması adlandırıb.Son iki ayda artan gərginlik fonunda onlarla fələstinli və israilli öldürülüb.
Commentaires