top of page

Dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb.

  • Günel Eyvazlı
  • 21 нояб. 2015 г.
  • 3 мин. чтения

Londonda yerləşən Leqatum İnstitutu noyabr ayında hər il olduğu kimi bu il də, qlobal "Yaşayış səviyyəsi indeksi" adlandırılan və dünyanın xoşbəxt ölkələrinin siyahısını təqdim edən araşdırmanı açıqlayıb. Sahib olduğu zənginlik ölkənin çiçəklənməsi üçün bir şərtdir, lakin Leqatum İnstitutu bir qədər fərqli fikirdədir. Təşkilat bu nəticəyə gəlmək üçün 89 punktu əsas götürərək müqayisə aparıb. Bunlara adambaşına düşən daxili məhsul, işləyən insanların sayı, eləcə də daha maraqlı - ölkənin malik olduğu təhlükəsiz internet serverləri və insanların gün ərzində nə dərəcədə istirahət etdikləri kimi göstəricilər daxildir. Bunlar 8 alt göstəriciyə bölünür: iqtisadiyyat, sahibkarlıq və imkanlar, idarəetmə, təhsil, səhiyyə, təhlükəsizlik və mühafizə, şəxsi azadlıq, sosial kapital. Araşdırma 142 ölkəni əhatə edib. Nəticələr belədir: 26. Çexiya- Mərkəzi Avropada yerləşən adı çəkilən ölkə bu il üç sıralama önə keçib. İqtisadiyyat alt göstəricisində 13-cü sırada yer alsa da, sosial kapital göstəricisi zəifdir. 25. Sloveniya- Çexiya kimi, Sloveniyada da təhsil yüksək qeyd edilib. 142 ölkə arasında iqtisadiyyat göstəricisinə görə 58-ci sırada gəlməsi keçən ilə nisbətən bir sıra gerilədiyini göstərir.

24. İspaniya - Tətil üçün ən əlverişli təyinat hesab edilən İspaniya bütün göstəricilər üzrə ümumən pis nəticə göstərməyib, təhsil və şəxsi azadlığa verilən yüksək ballar isə onun ilk 25 ölkə arasında yer almasına kömək olub. 23. Malta - Təhsil sisteminə görə 42-ci sırada olsa da, digər göstəricilər sayəsində keçən ilki yerini qoruyub saxlamışdır.

22. Fransa - Fransa bu ilki sıralamada bir sıra geriləyib. Səhiyyəsinə görə 8-ci yerdə duran Fransa sosial kapitalın aşağı olması səbəbindən dörd ildə artıq üçüncü dəfədir ki ilk 20-liyə daxil ola bilmir.

21. Tayvan - Bu ada ölkəsi təhlükəsizlik və mühafizə baxımından çox yaxşı nəticə göstərərək 6-cı sıralandığı üçün ümümi cədvəldə bu yerə layiq görülüb. 20. Honq Konq - Honq Konq təhlükəsizliyə görə 20, sahibkarlığın inkişafı cəhətdən 10-cu yerdə qərarlaşıb. 19. Yaponiya - Qlobal rifah göstəricisinə əsasən, yaponlar Yer üzündə 7-ci ən sağlam millətdir, lakin əhalinin şəxsi azadlığı nisbətən məhdud olduğuna görə (33-cü yer) Yaponiyanın daha ön sıralarda yer ala bilməyib.

18. Belçika - Səhiyyəsinə görə Belçika 10-cu yerdə dayanır.

17. Sinqapur - İqtisadiyyatın inkişafındakı irəliləyiş Sinqapurun Belçika ilə yerlərini dəyişərək önə keçməsinə şərait yaradıb. 16. Avstriya - Əhalinin sağlamlığı və sahibkarlıq imkanlarının geniş olması Avstriyaya 10-cu yeri qazandırsa da, ölkənin bir sıra geriləməsinə mane ola bilməyib. 15. Birləşmiş Krallıq - Təhsil və təhlükəsizlik göstəricilərinin nisbətən zəif olması ümumi sıralanmada da özünü göstərib.

14. Almaniya - Statistikaya görə, Almaniya dünyada ən güclü beşinci iqtisadiyyata malikdir və artıq dördüncü ildir ki, sıralanmada 14-cü olur. 13. Lüksemburq - Ölkənin vətəndaşları şəxsi azadlıq və səhiyyənin yüksək inkişafından, habelə güclü idarəetmə və yaxşı iqtisadi imkanlardan faydalanırlar. 12. İslandiya- Bu Şimali Atlantika ölkəsi üç alt göstəriciyə görə ilk 5 yeri tutub: şəxsi azadlıq, təhlükəsizlik və mühafizə, sahibkarlıq imkanları. 11. Birləşmiş Ştatlar- Dünyanın lider ölkəsi Leqantum İnstitutun səhiyyə siyahısında bütün ölkələrdən yüksəkdə durur. Lakin Amerika vətəndaşları bu siyahıda təhlükənin ən çox olduğu ölkələr arasındadır. Adı çəkilən alt göstəriciyə əsasən 33-cü sıradadır. 10. İrlandiya - İrlandiya bu il siyahıda iki sıra öndədir. 9. Finlandiya - Finlandiya güclü idarəçilik baxımından dünyanın 5 ən güclü ölkələri sırasındadır, lakin iqtisadiyyatının nisbətən zəif olması onun qeyd edilən sırada yer almasına mane olur. 8. Hollandiya – Hollandiyanın təhsil, səhiyyə və şəxsi inkişaf göstəriciləri yüksəkdir.

7. Avstraliya - Yaşayış Səviyyəsi İndeksi Avstraliyanı dünyanın ən yaxşı təhsil sistemi olan ölkə kimi dəyərləndirib. 6. Kanada - Kanada şəxsi azadlığın dünyada ən çox olduğu ölkədir. 5. İsveç - Ən yüksək sahibkarlıq imkanları olan bu ölkə daha bir sıra önə keçib. 4. Yeni Zelandiya - Sosiallığın ən yüksək olması ilə seçilən Yeni Zelandiya, bununla da, ən xoşbəxt qeyri-Avropa ölkəsi hesab olunur.

3. Danimarka - Daniyalılar idarəetmə, yüksək sosial kapital, yüksək təhsil səviyyəsi ilə qürür duya bilərlər. Ölkə səhiyyəsinin nisbətən zəif nəticə göstərməsi üçün olmasa (16-cı yer), Danimarka "İndeks"də birinci yeri tutmuş olar. 2. İsveçrə - İsveçrə üçüncü ildir ki, ikinci yerə layiq görülür. Ölkə idarəçiliyi ən yüksək qiymətləndirilən ölkədir. Dünyada ikinci ən güclü iqtisadiyyat İsveçrə iqtisadiyyatıdır.

1. Norveç - Norveç 2015-ci ildə yenidən birinci oldu. Artiq 7 ildir ki, siyahida ən xoşbəxt ölkə hesab edilərək birinci olur. Norveç yeganə ölkədir ki, alt göstəricilərin hər biri üzrə ilk 10-luqdadır

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page