top of page

Fransa Aİ ölkələrini "terror təhlükəsinə qarşı oyaq olmağa" çağırır.

  • Günel Ağayeva
  • 20 нояб. 2015 г.
  • 2 мин. чтения

AFP-in verdiyi xəbərə görə Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki 129 nəfər ölümü ilə nəticələnmiş Paris hücumlarından sonra Avropa ölkələri terror təhlükəsi ilə bağlı "oyaq" olmalıdırlar.O, bu haqda hücumların təşkilində şübhəli bilinən şəxsin Fransaya nəzərə çarpmadan daxil olması ortaya çıxandan sonra danışıb.Belçikanın baş naziri Charles Michel hücumların orada təşkil edildiyi iddiaları fonunda Belçika təhlükəsizlik orqanlarını müdafiə edib.Avropa İttifaqının daxili işlər və ədliyyə nazirləri fövqəladə danışıqlar aparmalıdır. Brüsseldə baş tutacaq görüşdə Aİ-nin pasportsuz Şengen ərazisinin xarici sərhədlərində yoxlamaların sərtləşdirilməsi gözlənilir.Cümə axşamı Fransa prokurorluğu təsdiqləyib ki, İslam Dövləti (İD) qruplaşmasının yaraqlısı Abdelhamid Abaaoud ötən gün polis reydi zamanı qətlə yetirilənlər arasında olub.Müstəntiqlər hesab edir ki, çox güman ki, ötən cümə günü Parisdə baş vermiş hücum Abaoud tərəfindən təşkil edilib. Amma onun Suriyada olduğu düşünülürdü.Mətbuat konfransında cənab Cazeneuve bildirib ki, onun qitəyə gəlməsi ilə bağlı digər Avropa ölkələrindən "heç bir məlumat" əldə edilməyib.Lakin onun sözlərinə görə, kəşfiyyatdan aldığı məlumata əsasən, Abaaoud Yunanıstan keçib."Avropanın oyanması, özü təşkil etməsi və terror təhlükəsinə qarşı özünü qoruması təcilidir," cənab Cazeneuve jurnalistlərə bildirib.Noyabrın 13-də Parisdə silahlılar və canlı bombalar konsert zalını, əsas stadionu, əhalinin sıx olduğu restoran və bara hücum edərək 129 nəfəri öldürüb və 352 nəfəri yaralayıb. Hadisəyə görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.Fransanın baş naziri Manuel Valls deyib ki, hücumlarda cəlb olunanlardan bəziləri Avropadakı miqrasiya böhranından istifadə edərək Fransaya "keçə bilib".Stade de Fransa-dan kənarda özünü partladan hücumçudan birinin barmaq izlərindən Yunanıstanda miqrant kimi qeydiyyatdan keçdiyi məlum olub.Müxbirlər deyirlər ki, Belçika hücumlardan sonra özünü təzyiq altında hiss edir. Fransa Prezidenti Francois Hollande bildirib ki, hücumlar "Suriyada planlaşdırılıb, hazırlanıb və Belçikada təşkil edilib".Cümə axşamı parlamentə müraciətində, Belçikanın baş naziri Charles Michel bildirib ki, Saint Denisdə baş tutan böyük reydə səbəb onun ölkəsinin təhlükəsizlik xidmətinin kəşfiyyatı olub."Mən bizim təhlükəsizlik xidmətlərinin fəaliyyətini ləkələməyə istiqamətlənmiş tənqidləri qəbul etmirəm," deyə o bildirib.Abaaoud "ekstremizmin mənbəyi" kimi təsvir edilən Brüsselin Molenbeek rayonunda böyüyüb.Parisdə kafeyə hücum edən intiharçı basqınçı Brahim Abdesalam və onun qardaşı Salah da eyni rayondandır.Cümə axşamı Fransa parlamenti ölkədəki fövqəladə vəziyyəti daha üç ay uzadıb.Saint Denis-də baş tutan reyddə 8 nəfər həbs olunub. Fransa mediası reyd zamanı özünü partladan qadının Abaaoudun qohumu olduğunu yazır.

Commentaires


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page