Rusiya XİN rəhbəri: “Əsəd olmadan Suriyadakı münaqişəni həll etmək mümkünsüzdür”.
- Dünya xəbərləri
- 19 нояб. 2015 г.
- 1 мин. чтения

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov “Radio Rossiya”ya müsahibəsində deyib.Nazir qeyd edib ki, Qərb Suriyada münaqişənin başladığı ilk günlərdən Əsəd rejiminin tezliklə məğlub olacağına şübhə
etməyib: “Deyirdilər ki, onun sayılı günləri qalıb. Ancaq bu sayılı günlər 5 ildir bitmir. Qərbdəki həmkarlarımızın xalqın ayağa qalxacağına və Əsədi devirəcəyinə dair proqnozları reallaşmır. Bu o deməkdir ki, Əsəd Suriya cəmiyyətinin kifayət qədər böyük bir hissəsinin maraqlarını əks etdirir. Ona görə də onun iştirakı olmadan Suriya münaqişəsinin həllini tapmaq mümkün deyil”.
Comments