Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının adı dəyişdirilib.
- Xəbərlər
- 19 нояб. 2015 г.
- 1 мин. чтения

Komissiya Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası adlanacaq.APA-nın məlumatına görə, bu mexanizm Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyasıtərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini müəyyən edir. Dəyişiklik “Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası”nın adının dəyişdirilərək “Azərbaycan RespublikasınınAvropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” adlandırılmasını özündə ehtiva edir. Başqa sözlə, indiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdırıb və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasına təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdıracaq və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasına təqdim edəcək. Qeyd edək ki, Nazirlər Kabineti bu qərarı “Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” 31 avqust 2015-ci il tarixli 1382 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə verib.
Comments