Ruslar İŞİD-ə böyük zərbə vurdu.
- Dünya xəbərləri
- 18 нояб. 2015 г.
- 1 мин. чтения

CNN Türkün xəbərinə görə Rus döyüş təyyarələrinin dünən təşkil etdiyi hava hücumlarında 14 əhəmiyyətli İŞİD hədəfini vurdu.Rusiya Baş Qərargah Başçısı General Valeri Gerasimov, Rus döyüş təyyarələrinin Suriyada 34 hava uçuşları etdiyini və bu uçuşlar zamanı top mərmilərindən istifadə edildiyini söylədi. Gerasimov, bu əməliyyat haqqında ABŞ liderliyindəki koalisiyaya əvvəldən xəbər verildiyini də sözlərinə əlavə edərək bildirdi. Gerasimov, "Çox böyük diametrli hava hücumları zamanı IŞİD-ə aid 14 əhəmiyyətli hədəf havadan atılan 34 top mərmisiylə məhv edildi. Məhv edilən hədəflər arasında IŞİD-in İdlip və Hələb bölgəsindəki fəaliyyətlərinin əmr mərkəzi ilə Suriyanın şimal-qərbində olan sursat və ərzaq anbarları da olduğunu bildirdi.
Gerasimov, Suriyadakı Rus Hava Qüvvələrinin aralarında Su-34 bombardman reaktivləri və Su-27 döyüş təyyarələrinin da olduğu cəmi 37 yüksək texnologiya təyyarəsi ilə möhkəmlətmə ediləcəyini də sözlərinə əlavə etdi. Gerasimov: "Rus Ümumi Qərargah personalı, Suriyada ediləcək hava hücumları üçün yeni bir plan inkişaf etdirdi. Buna görə 25 strateji bombardman təyyarəsi, səkkiz Su-34 Fullback hücum təyyarəsi və dörd ədəd də Su-27 Flanker reaktivi olacaq." Rus hava qüvvələri dəstəkli Suriya ordusu, 80 qəsəbəni IŞİD-in idarəsindən qurtarıb 500 kvadrat kilometrlik bir bölgənin idarəsini yenidən ələ keçirdi.
Comments