top of page

İlham Əliyev: “Uzun illər Azərbaycan Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının bir məkanda keç

  • Xəbərlər
  • 18 нояб. 2015 г.
  • 1 мин. чтения

“Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir.Bu, mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxış edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir.“Çox qəribədir ki, Avropadan başqa bütün qitələrin öz oyunları var idi.Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olmuşdur, sonra Baron de Kuberten Oyunları burada - Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı.Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir”.İlham Əliyev vurğulayıb ki, oyunlar uğurla keçirilmişdir və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir.

“Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaq. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır”.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page