Rusiya: "Suriyada Cruise mərmiləri ilə vurdu"
- Günel Ağayeva
- 17 нояб. 2015 г.
- 1 мин. чтения

Rusiya Müdafiə Nazirliyindən Suriya ilə əlaqədar şərh gəldi. Nazir Sergey Shoygu, Hələb və İdlib Cruise mərmiləri ilə vurduğunu açıqladı.
Rusiya Müdafiə naziri Sergey Şoyqun, Suriyada təşkil edilən hava hücumlarının iki qatına çıxardıldığını söylədi. Moskvada, Rusiya Prezidenti Vladimir Putin və üst səviyyə əsgəri səlahiyyətlilərin iştirakı ilə təşkil edilən yığıncaqda danışan Şoyqun, Suriyadakı hava hücumlarının iki qatına çıxardıldığını və əməliyyatlara Tu-160, Tu-95 MS və Tu-22 m3 tipi uzun məsafəli bombardman təyyarələrinin da qatıldığını ifadə etdi.
Şoyğun, Rus təyyarələrinin Suriyada bu gün üçün 127 uçuş planladığını və bu ana qədər 140 hədəfi vurduğunu ifadə edərək, bu hücumlarda Hələb və İdlib olan hədəflərə havadan 34 Cruise mərmisi atıldığı məlumatını paylaşdı.Rusiya Prezidenti Putin, Aralıq dənizidə olan Rus kruvazörü "Moskva" nın komandirinə, yaxın zamanda Aralıq dənizinə Fransız təyyarə gəmisi gələcəyini bildirərək , Fransız dənizçilərlə "müttəfəkil kimi" birlikdə iş təlimatı verdi. Putin, Rus əsgərlərinin Suriyada "terrorizmlə mübarizə missiyası" icra edərək, ölkəsini və vətəndaşlarını qoruduğunu ifadə etdi.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) sədri Aleksandr Bortnikov, 224 adamı daşıyan Rus sərnişin təyyarəsinin, yerləşdirilən bir bombanın partlaması nəticəsində baş verdiyini açıqlamışdı. Putin isə Rusiyanın Suriyadakı hava hücumlarını artıracağını vurğulayaraq, "Suriyadakı hava əməliyyatlarının yalnız davam etməməli, günahkarların intiqamın qaçınılmaz olduğunu anlayacaqları qədər gücləndirilməli" deyə danışmışdı.
Comments