NATO-nun baş katibi Stoltenberg: "Müsəlmanlar terrorun əsas qurbanıdı."
- Günel Ağayeva
- 17 нояб. 2015 г.
- 1 мин. чтения

Paris hücumlarını qiymətləndirən və terrorun demokratiya, azadlıq və açıq cəmiyyət olmaq kimi təməl dəyərləri hədəf aldığını söyləyən NATO-nun baş katibi Jens Stoltenberg, müsəlmanların da terrorun qurbanı olduğunu söylədi.Stoltenberg, Brüsseldə AB müdafiə nazirləri yığıncağına girərkən mətbuata etdiyi şərhdə, Parisdə keçirilən terror hücumlarının yalnız günahsızlara istiqamətli olmadığını, eyni zamanda NATO və AB-nin demokratiya, azadlıq və açıq cəmiyyət olmaq kimi təməl dəyərlərini hədəf aldığını vurğuladı.Parisdəki terror hücumlarının Qərb və İslam dünyası arasında bir döyüş olmadığını xatırladan Stoltenberg, "Müsəlmanlar, terrorla mübarizədə ön cəbhədə var və onlar terrorun əsasqurbanları olduğunu" söylədi. Stoltenberg, "Beyrutda, Ankarada və vurulan Rus təyyarəsində görüldüyü kimi terror din və millət ayrı-seçkiliyi etmir" dedi.Terrorla mübarizənin kompleks və çətin bir iş olduğunu ifadə edən Stoltenberg, bu səbəblə əhatəli bir yanaşma hərbi və diplomatik səylərin davam etdirilməsi lazım olduğunu söylədi.
Comentários