top of page

Bəzi ABŞ ştatları suriyalı qaçqınların qəbulunu "dayandırır".

  • Dünya xəbərləri
  • 17 нояб. 2015 г.
  • 2 мин. чтения

Paris hücumundan sonra təhlükəsizlik məsələlərinə görə 10-dan çox Amerika ştatı suriyalı qaçqınların qəbul edilməsinə qarşı çıxıb.Alabam, Arizona, Arkanzas, Florida, Georgia, İllinoys, İndiana, Ayova, Luiziana, Massaçusets, Miçiqan, Missisipi, Nyu-hempşir, Şimali Karolina, Ohayo, Texas, Viskonsin qaçqınların qəbul edilməsinə qarşı çıxan ştatlardı.

AFP-in verdiyi xəbərə görə Miçiqan ştatının qubernatoru Rick Snyder bildirib ki, bu addımın yenidən baxılması prosesi başa çatana kimi yeni qaçqınların qəbulunu dayandırır.Alabama, Texas və bir sıra digər ştatlar da analoji bəyanatlar yayıb, lakin Dövlət Departamentinin nümayəndəsi bildirib ki, bu aksiyanın qanuniliyi hələ də mübahisəlidir.Prezident Barak Obama ABŞ-a vətəndaş müharibəsindən qaçanlara kömək üçün "irəliyə addım atmaq və öz hissəsini yerinə yetirmək"-lə bağlı çağırış edib."Onların üzünə qapını bağlamaq bizim dəyərlərimizə xəyanət olardı," - deyə o bildirib.Qubernatorların qərarları cümə günü Parisdə 129 nəfərin ölümü və 350 nəfərin yaralanması ilə nəticələnmiş hücumlardan sonra verilib.Hadisəni törədən şəxslərin yeddisi hücum zamanı ölüb. Şübhəlilərdən birinin miqrantlarla birgə Yunanıstan vasitəsilə Avropaya gəlmiş suriyalı olduğu düşünülür.Milyonlarla suriyalı vətəndaş müharibəsinə görə qonşu ölkələrə və Avropaya qaçıb. ABŞ yaxın 12 ay ərzində təxminən 10 min suriyalı qaçqını qəbul edəcəyinə söz verib.labama ştatı hələlik heç bir suriyalı qaçqın qəbul etməyib. Cənub ştatının qubernatoru bəyan edib ki, "xalqı hətta ən kiçik hücum riski altında qoymayacaq".Qaçqınların qəbulunun dayandırılması barədə qərar onların köçürülməsi ilə məşğul olanların bəzilərinin qəzəbinə səbəb olub.Qaçqınların köçürülməsi işçi təşkilatı Lüteran Miqrasiya və Qaçqın Xidmətindən Michael Mitchell deyib ki, təqiblərdən qaçanları nəzərə almaq vacibdir.Amma bir neçə Respublikaçı prezidentliyə namizəd bəyan edib ki, daha çox miqrant qəbul etmək "səhv" olardı. Biznes maqnatı Donald Trump bunu "dəlilik" adlandırıb.Üç ən güclü Demokratik namizəd bildirib ki, onlar 10 mindən çox Suriyalı qaçqınların yalnız əhatəli yoxlamadan sonra qəbul edilməsinin tərəfdarıdırlar.Bazar ertəsi İslam Dövləti qruplaşması tərəfindən yayılan yeni videoda qruplaşma üzvləri hücumları qeyd edir və Vaşinqtonu hədələyir.ABŞ-da bir çox ictimai binalarda bayraqlar Fransa ilə həmrəylik əlaməti olaraq endirilib.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page