top of page

Paris hücumu “İD tərəfindən müharibə aktı” olub.

  • Günel Ağayeva
  • 14 нояб. 2015 г.
  • 2 мин. чтения

Təxminən eyni vaxtda həyata keçirilərək 130-dək adamın ölümü və 180-dən çox insanın yaralanması ilə nəticələnən Paris basqınları İslam Dövləti qruplaşması tərəfindən həyata keçirilən “müharibə aktıdır”, Fransa prezidenti bildirib.Francois Hollande deyib ki, 8 silahlı və intiharçıların hücumu “xaricdən planlaşdırılıb və təşkil” edilib.Bu arada özünü İslam Dövləti adlandıran qrup Parisdəki hücumlarla bağlı məsuliyyəti öz üzərinə götürüb.İnternetdə yaydıqları bəyanatda cihadçı qrup deyib ki, hücumlar Fransanın onlar üçün "əsas hədəf" olduğunu göstərmək məqsədilə edilib.

Qrup deyib ki, onlar hədəf məkanlarını yaxşı araşdırıblar və "partlayıcı kəmər geyinən və silah gəzdirən səkkiz qardaşdan" istifadə edərək hücumu törədiblər.Hücumların ardınca təhlükəsizlik səviyyəsi ən yüksək həddə qaldrılıb, ölkədə vöfqəladə vəziyyət elan edilib.

Fransa prezidenti “terrorçulara qarşı amansız” mübarizə aparılacağını deyib.2004-cü il Madrid bomba partlayışlarından sonra bu, Avropada ən ölümcül hücumlardır.Parisdə ən azı 127 adamın ölümünə bais olan hücumlardan sonra Fransa fövqəladə vəziyyət elan edib, sərhədlərini bağlayıb.Fransa paytaxtı boyunca silsilə basqınlar nəticəsində 180-dən çox adamın xəsarət aldığı xəbər verilir.Məlumata əsasən Bataclan konsert zalında 80 adam öldürülüb. Daha öncə girov götürülən onlarla adam təhlükəsizlik qüvvələrinin zala hücumundan sonra azad edilib.Stade de France yaxınlığında və Parisin mərkəzindəki restoranlarda da hücumlar baş verib və insanlar öldürülüb.Paris sakinlərindən evlərindən bayıra çıxmamaq xahiş olunub. Şəhərə 1500 nəfər hərbi personal yeridilib.

Digər hücumlar Le Petit Cambodge və Le Carillon restoranlarında baş verib.Fransa və Almaniya yığma komandaları arasında futbol oyunu zamanı Stade de France stadionu yaxınlığında üç partlayış baş verib.

Məlumatlara görə, oyunu izləyən Fransa prezidenti təhlükəsiz yerə təxliyə edilib. Hücumlarla bağlı Hollande təcili müşavirə çağırıb.

Fransua Hollande Bataclanda insanları girov saxlayanların hamısının öldürüldüyünü bildirib.ABŞ prezidenti Barak Obama Fransada baş verənləri "terrorizm" və "ekstremizm" adlandırıb.

“Biz Fransa xalqını terrorizmə və ekstremizmə qarşı mübarizəsində dəstəkləyirik. Bu, dəhşətli vəziyyətdir, və biz ABŞ-da bunun nə olduğunu bilirik, çünki biz də belə hadisələr yaşamışıq”, - Obama deyib.

Rusiya prezidenti Vladimir Putin “Parisdə dəhşətli silsilə terror aktları ilə bağlı” dərin hüznlə başsağlığı verir, eləcə də Francois Hollande və bütün Fransa xalqına həmrəylik sözlərini göndərir, Rusiya prezidentinin mətbuat katibi Aleksandr Peskov məlumat verib

 
 
 

Комментарии


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page