Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı son bir ayda 4 min 535 ailə azalıb.
- Günel Ağayeva
- 12 нояб. 2015 г.
- 1 мин. чтения

Cari ilin oktyabr ayında ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 535 ailə və ya 4 faizə yaxın azalaraq 112 min 385-ə enib.Həmçinin bu yardımla təmin olunan ailələrdəki ailə üzvlərinin sayı 486 min 78 nəfər olmaqla, 5,1 faiz (26 min 268 nəfər) azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 1 noyabr 2015-ci il tarixə olan statistikaya əsasən, hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımlarının orta aylıq məbləği isə ötən ilin oktyabr ayı ilə müqayisədə 17 faizədək artaraq, 153,63 manata çatıb.Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdəki ailə üzvlərinin 47,5 faizini, yəni 231 min 179 nəfərini 18 yaşadək olan ailə üzvləri təşkil edir ki, onlardan 1 yaşadək olan 5 min 561 nəfər uşağın hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq hər ay 45 manat sosial müavinət də ödənilir. Ünvanlı dövlət sosial yardımı proqramının əhatə etdiyi ailələrin 28,2 faizi və ya 31 min 727-si tərkibində üç və daha çox uşağı olan ailələrdir.
Comments