Suriya ordusu ilk böyük qələbəsini qazanıb.
- Günel Ağayeva
- 12 нояб. 2015 г.
- 1 мин. чтения

Suriya hökümət qüvvələri İŞİD-ə qarşı mübarizədə 2013-cü ildən bəri ən böyük uğurunu əldə edib. Bəşər Əsəd qüvvələri Rusiyanın hərbi yardımlarından sonra İŞİD üzərində uğur qazanıb. Belə ki, Suriya ordusu Rusiya hərbi təyyarələrinin köməkliyi ilə, ölkənin şimalında Kuveyres ərazisində İŞİD tərəfindən 2 ildir davam edən blokadanı dağıda bilib. Suriya ordusu artıq bir neçə həftədir həm havadan həm də yerdən bu sahədə əməliyyatlar aparırdı. Nəhayət, dünən Rusiyanın hərbi hava qüvvələrinin yardımı ilə Əsəd ordusu istədiyinə nail olub. Dövlət televiziyasının məlumatına görə, hökümət qüvvələri Hələbin şimalında yerləşən Kuveyres avia bazasını blokadada saxlayan İŞİD qüvvələri ilə toqquşaraq ərazini ələ keçirib. Bundan əvvəl də, Suriya hərbi qüvvələri həmin ərazini ələ keçirmək istəsə də bu uğursuzluqla nəticələnib. Suriya hökümət qüvvələri Kuveyres ərazisində 2 ildir davam edən blokadanı məhv etməklə orada İŞİD tərəfindən saxlanılan 300 Suriya əsgərini də xilas etmiş olub.
İnterAz
Comments