Bakı-Sumqayıt qatarının hərəkəti dayandı.
- Günel Ağayeva
- 9 нояб. 2015 г.
- 1 мин. чтения

Bakı-Sumqayit qatarının hərəkətində fasilə yaranıb.
azvision.az xəbər verir ki, nasazlıq "Stadler" markalı 6008 nömrəli qatarda baş verib. Belə ki, Sumqayıtdan-Bakıya ggedən 8:45 qatarı Biləcəri stansiyasında dayanmalı olub. Biləcəri stansiyasına çatarkən cərəyan qəbuledicisində nasazlıq yarandığından qatarın hərəkəti dayandırılıb.
Qatara əlavə lokomativ qoşularaq hərəkət etdirilib. Qatar Bakıya gecikmə ilə 9:20-də çatıb.
Comments