“AzSığorta” “Akkord”u məhkəməyə verib
- Biznes-Könül Həsənova
- 9 нояб. 2015 г.
- 1 мин. чтения

AzSığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib.
Bizim.tv-nin məlumatına görə, sığorta şirkəti subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. 2 saylı Bakı İnzibati-İqtosadi Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan “Akkord” şirkəti apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən “Akkord” 2005-ci ildə təsis edilib.
Commentaires