Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək
- Günel Ağayeva
- 7 нояб. 2015 г.
- 1 мин. чтения

Noyabrın 7-dən etibarən “Azərbaycan Hava Yolları”-nın (AZAL) Bakı-Nyu-York-Bakı müntəzəm reysləri “Boeing 787-8” Dreamliner tipli təyyarələrdə yerinə yetiriləcək.AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, “Boeing-787-8” Dreamliner müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir. Bu reysin sərnişinlərinə 3 xidmət sinfi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq. “Azərbaycan Hava Yolları”-nın “Boeing-787-8” Dreamliner tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb. Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6:00-da yola düşür və Kennedi hava Limanına yerli vaxtla saat 9:30-da çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30-da yerinə yetirilir.
Comments