ABŞ-ın Corciya ştatında "Piper Cherokee" tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
- Günel Ağayeva
- 6 нояб. 2015 г.
- 1 мин. чтения

ITAR TASS agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb. ABŞ Federal Aviasiya İdarəsinin (FAİ) məlumatına əsasən, təyyarə Fort-Pirsdən (Florida ştatı) Haberşem dairəsinə (Corciya ştatı) uçurmuş. Onun Atlanta şəhərindən 120 km şimal-şərqdə meşəlik ərazidə yerə düşdüyü bildirilir. Qəzanın səbəbləri hələlik məlum deyil. FAİ ölənlərin şəxsiyyətini müəyyənləşdirir.
Comments