NASA könüllülər axtarır.
- Günel Ağayeva
- 5 нояб. 2015 г.
- 1 мин. чтения

ABŞ-ın Hava Uçuşları və Kosmik Fəzanın Tədqiqatı Milli İdarəsi (NASA) Marsa uçuş missiyasında iştirak etmək üçün könüllülərdən ərizə qəbuluna başlayıb.
NASA-nın saytında yerləşdirilən məlumata əsasən, namizədlərin ərizələrinə bu il dekabrın 14-dən 2016-cı il fevralın ortalarına qədər baxılacaq.Ərizə vermək üçün namizədlər bəzi tələblərə uyğun gəlməlidir. Onlar ABŞ vətəndaşı olmalı, ali məktəb bitirməli, həmçinin azı 3 illik reaktiv təyyarə ekipajının komandiri təcrübəsinə malik olmalıdırlar. Namizədlər, eyni zamanda, NASA-nın xüsusi tibbi komissiyasından keçiriləcək.Mars səyahətçilərinin adları 2017-ci ilin ortalarında məlum olacaq
Comments