Cənubi Sudanda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfərin həlak olduğu bildirilir.
- Günel Ağayeva
- 4 нояб. 2015 г.
- 1 мин. чтения

Rusiya ekipajının idarə etdiyi An-12 yük təyyarəsi Cənubi Sudanın paytaxtı Cuba şəhərində havaya qalxdıqdan bir qədər sonra aeroportdan 800 metr aralıda qəzaya uğrayıb. RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, təyyarənin yerə çırpılması nəticəsində ən azı 41 nəfər həlak olub. Bunu adının açıqlanmasını istəməyən yerli polis nümayəndəsi də təsdiqləyib. Həyatını itirənlərin bir qismi təyyarənin heyət üzvü və sərnişinlərı, bir qismi isə qəza yerində olan yerli əhalidir. Prezidentin mətbuat katibi Vek Ateni təyyarədə 20-yə qədər insanın ola biləcəyini deyib. İlkin məlumata görə qəzaya uğramış təyyarədə biri uşaq olmaqla, iki nəfər sağ qalıb.
Comments