top of page

Ilham Eliyev Medet Quliyevi sedr teyin etdi.

  • Günel Ağayeva
  • 3 нояб. 2015 г.
  • 1 мин. чтения

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri postuna yeni təyinat olub. Bizimtv-in virtualaz.org saytına istinadən verdiyi məlumata görə, milli təhülkəsizlik naziri vəzifəsini icra edən general-leytenant Mədət Quliyev prezident İlham Əliyevin noyabrın 2-də imzaladığı sərəncamla Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, bu komissiyanın fəaliyyəti barədəki nizamnamənin müddəalarına görə, onun sədri postunu Azərbaycanın milli təhlükəsizlik naziri tutmalıdır.

Xəbər verdiyimiz kimi, Eldar Mahmudov oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra bu komissiyanın sədri postu da boş qalmışdı. Yəni E.Mahmudov nazir vəzifəsini itirməklə sözügedən komissiyanın sədri postundan da avtomatik olaraq məhrum olmuşdu.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page