Ərdoğan dünyanı Türkiyə seçkilərinin nəticələrinə hörmətlə yanaşmağa çağırıb.
- Günel Ağayeva
- 2 нояб. 2015 г.
- 1 мин. чтения

Türkiyədə hakim Ədalət və İnkişaf partiyası (AKP) bazar günü keçirilmiş parlament seçkilərində qələbə qazanaraq iyun ayı səsverməsində itirdiyi parlament çoxluğunu yenidən özü üçün təmin edib.Anadolu xəbər agentliyinin yaydığı məlumata əsasən, AKP səslərin 49,4 faizini toplayıb, müxalifətdə duran Respublika Xalq Partiyası (CHP) isə 25.4 faiz toplayıb.Prezident Recep Tayyip Erdoğan-ın sözlərinə görə, seçicilər "zidiyyətlərdənsə inkişaf və hərəkətə üstünlük verdiklərini" nümayiş etdiriblər.Kürdpərəst HDP partiyası parlamentdə təmsil olunmaq üçün müəyyən olunmuş 10 faiz səs həddini aşa bilib.Millətçi MHP partiyası da parlament bareyerini aşmaq üçün kifayət edən sayda səs toplaya bilib.Prezident Erdoğan bildirib ki, seçicilər "Türkiyədə birlik və inteqrasiya tərəfdarı olduqlarını aydın şəkildə nümayiş etdiriblər".Bazar ertəsi Erdoğan dünyanı Türkiyə xalqının iradəsinə hörmətlə yanaşmağa çağırıb.BBC-nin verdiyi məlumata görə, seçkidə böyük üstünlüklə qələbə qazandıqdan sonra bugün AKP partiyası yeni hökümətin formalaşdırılması prosesinə başlayır.Partiya iyun ayında itirdiyi parlament çoxluğunu yenidən əldə edib.Son bir neçə həftə Türkiyədə PKK qüvvələrilə toqquşmalarla yadda qaldı və seçkilərin nəticələri seçicilərin sabitlik arzuladığını göstərib.İndi qarşıduran iki tərəf arasında sülh danışıqlarının başlayacağına dair ümidlər yenidən baş qaldırmağa başlayıb.
Comments