top of page

Təyyarə qəzasında ölənlərin cəsədləri Rusiyaya gətirilir.

  • Günel Ağayeva
  • 2 нояб. 2015 г.
  • 1 мин. чтения

Rusiya rəsmiləri xəbər veriblər ki, Sinay yarımadasındakı təyyarə qəzasında həlak olmuş 144 rusiyalı sərnişinin cəsədi Qahirədən Sankt-Peterburqa gətirilib.Sankt-Peterburqa ikinci təyyarənin bazar ertəsi axşama doğru gələcəyi gözlənilir. Bu arada ölənlərin şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər keçirilməyə başlamalıdır. Onun nəticəsində həlak olanların qohumlarına ölüm şəhadətnamələri veriləcək.Kogalymavia hava şirkətinə məxsus Airbus A-321 təyyarəsi şənbə günü Şarm əl-Şeyxdən Sankt-Peterburqa yollanarkən Sinay yarımadası üzərində qəzaya uğrayıb. Göyərtədə olan 224 adam həlak olub.Onların əksəriyyəti Rusiya vətəndaşıdır.Qəzadan sonra təyyarə hissələri geniş əraziyə səpələnib. Xilasetmə və axtarış üzrə əməliyyatın həyata keçirildiyi ərazi 20 kvadrat kilometrə yaxındır.

Rusiya xilasediciləri əraziyə texnika və avadanlığı çatdırıblar. Bundan əvvəl rusiya rəsmiləri təyyarənin "havada parçalandığını" deyiblər.Özünü İslam Dövləti adlandıran qrupun müttəfiqləri olan cihadçılar, sosial mediada iddia ediblər ki, KGL9268 təyyarəsini onlar vurublar. Lakin Misirin baş naziri Şərif İsmayıl deyib ki, onların əlində 9,450 metr yüksəklikdə uçan təyyarəni vuracaq silahları yoxdur.İslam Dövləti qruplaşması iddialarını əsaslandırmaq üçün heç bir görüntü təqdim etməyib.Hadisədən sonra bir neçə aviaşirkət qəzanın baş verdiyi ərazidən uçmamaq qərarına gəlib.Rusiya, Fransa və Misir mütəxəssislərindən ibarət beynəlxalq komissiya üzvləri qəza yerində tapılan "qara qutu"nun yazılarını təhlil etməyə başlayıblar.

Комментарии


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page