Rusiyanın "Ural Airlines" hava şirkəti Sinay yarımadası üzərindən uçuşları dayandırdığını
- Günel Ağayeva
- 2 нояб. 2015 г.
- 1 мин. чтения

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, Misirdəki Şərm-əl-Şeyx istirahət mərkəzindən Rusiyaya uçuşların marşrutuna düzəlişlər ediləcək."Bütün uçuşlar Sinay yarımadasından yan keçərək aparılacaq", mətbuat xidmətinin nümayəndəsi bildirib.Bu qərar oktyabrın 31-də Rusiyanın "Kogalymavia" hava şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadası üzərində qəzaya uğradıqdan sonra qəbul olunub.Qəza nəticəsində təyyarədə olan 224 nəfərin hamısı həlak olub.Bundan əvvəl Sinay üzərindən uçuşları dayandıraraq təyyarələrinin marşrutunu dəyişdirdiklərini Emirates, Air France və Lufthansa hava şirkətləri də elan etmişdi.
Comentários