Çində binanın uçması nəticəsində 17 işçi həyatını itirib.
- Admin
- 1 нояб. 2015 г.
- 1 мин. чтения

Çinin mərkəzi Henan əyalətində iki mərtəbəli binanın uçması nəticəsində 17 işçi həyatını itirib, 23 nəfər isə yaralanıb, dövlət mediası xəbər verir. Axtarışları davam etdirən xilasedicilər dağıntıların arasından cəsədləri və yaralıları çıxarmağa çalışıblar.Rəsmilər bildirib ki, Luohe şəhərindəki hospitalda müalicə alan yaralılardan doqquzunun vəziyyəti ağırdır. Məlumatda deyilir ki, qəza baş verən zaman, binada təmir işləri həyata keçirilib.Hadisənin baş verdiyi Vuyanq əyalətinin yerli hakimiyyəti artıq xilasetmə işlərinin dayandırılmasını tapşırıb.Cümə günü baş vermiş qəzanın başvermə səbənlərini aydınlaşdırmaq üçün istintaq başladılıb.Uçqundan sağ çıxmış şəxslərdən biri CCTV kanalına bildirib ki, həmkarlarından bəziləri əvvəllər fermer olub və demək olar heç bir təlim keçməyiblər.Rəsmi şəxslərin bildirdiyinə görə, bina 1990-cı illərdə tikilib.
Comentarios