Türkiyədə parlament seçkiləri.
- Günel Ağayeva
- 1 нояб. 2015 г.
- 1 мин. чтения

Prezident Rəcəb Tayyip Erdoğanın formalaşdırdığı AK partiyası hökuməti iyun ayında səs çoxluğu qazana bilməyib.Koalisiya hökuməti formalaşdırmaq cəhdləri isə uğursuz olub.Kürd silahlıları tərəfindən həftələrdir davam edən hücumlar və İslam Dövləti qruplaşmasının törətdiyi iddia olunan bomba hücumlarına görə seçkilərdə təhlükəsizliyin təmin olunması bu gün Türkiyə üçün əsas məsələdir.Cənab Erdoğan, partiyası səs çoxluğunu qazanarsa, ölkəni sabitliyə qaytaracağına vəd verib.Ancaq onun opponentləri deyir ki, AK partiyası qalib gələrsə, ölkədə artan zorakılıq tendensiyaları daha da güclənəcək.
Comments