top of page

Sinayda qəzaya uğramış və içərisindəki 224 adamın hər birinin həlak olduğu təyyarə ilə bağlı təhqiqa

  • Günel Ağayeva
  • 1 нояб. 2015 г.
  • 1 мин. чтения

Misirin Baş naziri deyib ki, qəzanın əsas səbəbi çox güman ki, texniki nasazlıq olub. O, İslam Dövləti qruplaşmasının təyyarəni guya onların vurmasına dair iddialarını rədd edib.Ancaq üç hava yolları şirkəti - Emirates, Air France və Lufthansa - əlavə məlumat olmayana qədər Sinai yarımadası üzərindən uçmamaq qərarına gəlib.Rusiyada bu gün matəm elan olunub.Təyyarənin qara qutuları tapılıb və istintaqa göndərilib.BBC-in verdiyi məlumata görə, bu hadisə Misirin onsuz da zəifləyən turizm sənayesinə böyük zərbə olacaq və Misirdə hakimiyyət istintaq prosesini mümkün qədər tezləşdirməyə çalışır.Kogalymavia Airbus A-321 şənbə günü Şarm əl-Şeyxdən Sankt Peterburqa yola düşəndən az sonra qəzaya uğrayıb.Misirin sivil aviasiya naziri Hossam Kamal deyib ki, təyyarədə hər hansı problemin olmasına dair məlumat yoxdur. Ancaq bundan əvvəl verilən məlumatlarda deyilirdi ki, pilot təcili enmək üçün müraciət edibmiş.

Comentarios


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page