Paytaxt və bölgələrdə seçki məntəqələrinin qarşısında “Exit-Poll” keçirilir.
- Admin
- 1 нояб. 2015 г.
- 1 мин. чтения

Parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin qarşısında “çıxışda səsvermə” (exit-poll) keçirilir.“ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “RƏY” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirir.125 seçki dairəsinin əhatə edən “exit-poll” zamanı səsvermədə iştirak etmiş vətəndaşlardan məntəqəni tərk etdikdən sonra hansı namizədə səs verdiyi soruşulur. Vətəndaşların “exit-poll”da iştirakı, yəni sualları cavablandırması könüllü xarakter daşıyır.Sorğu keçirən şirkətlər “exit-poll”un nəticələrini səsvermə başa çatdıqdan dərhal sonra açıqlayacaqlar.
Comments