Cənub bölgəsində Milli Məclisə keçirilən seçkilərdə iştirak edən ən yaşlı seçicinin 113 yaşı var.
- Orxan Şahbazov
- 1 нояб. 2015 г.
- 1 мин. чтения

Cəlilabad rayonunun Ağdaş kənd sakini, 1902-ci il təvəllüdlü Xavər Məmmədova Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 11 saylı seçki məntəqəsində ən layiqli namizədə səs verdiyini bildirib.Qeyd edək ki, ən yaşlı seçicinin qatıldığı 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verəcək. Burada 634 nəfər səsvermədə ilk dəfə iştirak edir.
Comments