top of page

Azərbaycanda səs vermə davam edir.

  • Günel Ağayeva
  • 1 нояб. 2015 г.
  • 1 мин. чтения

Mərkəzi Seçki Komissiyası İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov seçkilərin gedişi ilə bağlı saat 12:00-a qədər MSK-ya daxil olan məlumata görə, respublika üzrə 1468205 seçicinin səsvermədə iştirak etdiyini bildirib. Bu, seçici fəallığının 12,8 faiz təşkil etdiyi deməkdir.Seçicilərin ümumi sayı 5 198 658 nəfərdir. Saat 8:00-da Azərbaycanda V çağırış Milli Məclis seçkilərində səsverməyə start verilib. 125 yer uğrunda 767 deputatlığa namizəd mübarizə aparır. Səsvermədən əvvəl Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mətbuat konfransı keçirib, seçkiyə hazırlıq prosesi, seçki ilə əlaqədar MSK-nın gördüyü işlər barədə məlumat verib.O, seçkilərin şəffaf, demokratik və ədalətli keçirilməsi üçün hər cür şərait yaradıldığını deyib. Məzahir Pənahov 125 seçki dairənin 5547 məntəqəsində səsvermə olacağını deyib.Seçkilərdə müşahidə aparmaq üçün ümumilikdə 66 min müşahidəçi qeydiyyatdan keçdiyi, bura 40 təşkilatı, 27 ölkəni təmsil edən 501 beynəlxalq müşahidəçi də daxil olduğu bildirilir.MSK sədri 119 seçki dairəsində 1000-dək məntəqədə veb-kameralar quraşdırılacağını deyib.Bundan başqa, Milli Məclisə seçkilərlə əlaqədar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi müstəqil, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə “AJF & Associates İnc.” şirkəti (ABŞ) ilə birgə “exit-poll” keçirəcək, APA-nın məlumatında deyilir.Səsvermə saat 19:00-da bitəcək.Səsvermənin gedişi və nəticələri barədə MSK Katibliyinin İnformasiya Mərkəzi saat 10:00, saat 12:00, saat 15:00, saat 17:00 və saat 19:00-da ilkin məlumatlar veriləcək.Bu məlumatlar seçkinin gedişi və nəticələri barədə hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page