top of page

“Prezident İlham Əliyevin tapşırığı ilə lisenziyalaşdıran fəaliyyət növlərinin sayı kəskin azaldılma

  • Фото автора: Admin
    Admin
  • 1 нояб. 2015 г.
  • 1 мин. чтения

Bunu “APA-Economics”ə açıqlamasında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. O bildirib ki, lisenziya almaq istəyən sahibkarlar iki həftə gözləməlidir: “Mən sahibkarlıq subyektlərinə tövsiyə edərdim ki, hələlik bu siyahı tam dəqiqləşdirilməyənə qədər əgər yenidən fəaliyyətə başlayan sahibkarlar bu sahələr üzrə lisenziya almaq istəyirlərsə, bir qədər gözləsinlər. Bu müddət bundan sonra iki həftə ərzində bitəcək. İki həftə ərzində yeni siyahı təsdiq olunandan sonra dövlət rüsumu ödəsinlər və müvafiq lisenziya alsınlar. Çünki indidən dövlət rüsumu ödəyərlər, lisenziya alarlar və sonradan bəlli olar ki, ümumiyyətlə, lisenziya almaq lazım deyil”.

Nazir qeyd edib ki, lisenziyaların verilməsi ilə bağlı artıq İqtisadiyyat və Sənaye Nazirliyində xüsusi qurum yaradılıb: “İqtisadiyyat və Sənaye Nazirliyi bütün xüsusi lisenziyaları “ASAN xidmət” vasitəsilə verəcək. Bu istiqamətdə işlər çox sürətlə aparılır. Nazirlikdə bununla bağlı yeni şöbə yaradılıb. “ASAN xidmət”də İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri əyləşib. Sabahdan onlar lisenziyaların verilməsi ilə məşğul olacaqlar. Bu proseslər çox operativ, yüksək səviyyədə keçiriləcək, şübhəsiz ki, çox şəffaf olacaq. Bütün xüsusi lisenziya almaq istəyən sahibkarlar vaxtında lisenziyaları alacaqlar. Onlara çox yüksək keyfiyyətdə onlara xidmət göstəriləcək”.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page