Suriyanın müzakirəyə yatırdıldığı beynəlxalq zirvə başladı.
- Dünya Xəbəri,Günel Ağayeva
- 30 окт. 2015 г.
- 1 мин. чтения

ABŞ və Rusiyanın təşəbbüsü ilə, Suriyadakı döyüşə son verilməsi məqsədi ilə Vyanada ötən həftə başladılan "Suriya" danışıqları davam edir. 17 ölkə ilə AB və BMT nümayəndələrinin qatıldığı yığıncaq Avstriyanın paytaxtında başladı.Hürriyyət qəzetinin xəbərinə görə Türkiyə, İran, Rusiya, ABŞ, İtaliya, İngiltərə, Almaniya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, İraq, Misir, Qatar, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Çindən xarici işlər nazirləri və üst səviyyə nümayəndələrin iştirakı ilə başladı.Aralarında dərin fikir ayrılıqları olan tərəflər, 2012-ci ildə qəbul edilən Cenevrə məlumatı əsasında "Suriyada tam səlahiyyətli keçid hökumətinin qurulması" mövzusunda irəliləmənin təmininə çalışacaq.Görüşlərdə AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federica Mogherini və Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan də Mistura da iştirak etdi. Keçən həftə Türkiyə, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının iştirakı ilə keçirilən dördlü yığıncaqda, danışıqların daha geniş iştiraklı bir şəkildə davam etdirilməsi qərarlaşdırıldı. Rusiya xüsusilə İran və Misirin də müddətə daxil edilməsini istəmişdi.Türkiyə, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri dünən axşam Vyanada bu dəfədə bir araya gəlmişdilər.
Comments