Rabitə Nazirliyinin dünya telefon xəttinə çıxışı olan məmuru həbs olundu
- Günel Ağayeva
- 30 окт. 2015 г.
- 1 мин. чтения

RN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbsi ilə bağlı sensasion iddialar; Qərbyönümlü məmur kimi tanıdılan Eldar Mahmudov üçün daha çox “şimaldan gələn zənglər” maraqlı ola bilərdi... Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan sonra Milli Təhlükəsizlik Nazirliyindəki (MTN) sensasion həbslərin əsasən gizli dinləmələrlə bağlı olduğu barədə . Xüsusi Dövlət Mühafizə Xidmətinin birbaşa nəzarətində aparılan qanunsuz dinləmələrlə bağlı istintaqda MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi general-mayor Teymur Quliyevin ifadələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (bundan sonra qısa olaraq Rabitə Nazirliyi yazacağıq-red) həbslərlə birbaşa bağlı olduğu artıq heç bir şübhə doğurmur. Oktyabrın 28-də Rabitə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi - Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin (BƏHM) direktoru Cəlil Cəfərov həbs edilib. Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Rabitə Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov da saxlanılıb.
Comments