Lənkəranı su basdı.
- Xəbər,Günel Ağayeva
- 30 окт. 2015 г.
- 1 мин. чтения

Fövqəladə Hallar Nazirliyi Lənkəranda güclü yağışların törətdiyi fəsadlar barədə məlumat yayıb.Bizimtv nazirliyin saytına istinadən xəbər verir ki, Cənub Regional Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu ərazisinə yağan yağışlar nəticəsində bəzi cökək ərazilərdə olan fərdi yaşayış evlərinin həyatyani sahələrini və yolları su basıb. Hazırda nazirliyin Cənub Regional Mərkəzinin və Mülki Müdafiə Qoşunlarının qüvvələri qeyd olunan ərazilərdə müvafiq tədbirlər həyata keçirir.
תגובות