top of page

Bakının Nərimanov rayonunda polis əməkdaşına silahlı hücum olub.

  • Xəbər,Günel Ağayeva
  • 30 окт. 2015 г.
  • 1 мин. чтения

Bu zaman polis cinayətkara müqavimət göstərə bilməyib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, lüləsi kəsik qoşalülə tüfənglə silahlanmış naməlum maskalı şəxs Ziya Bünyadov prospekti, 2082 ünvanında yerləşən zavod anbarının qapısının açıq olmasından istifadə edərək binaya soxulub. Həmin vaxt Binəqədi rayon mühafizə polisinin əməkdaşı, polis çavuşu Ceyhun Əvəz oğlu Hüseynov anbarda xidmət başında olub. Cinayətkar polis əməkdaşından anbarın açarlarını tələb edib. Lakin elə bu zaman digər mühafizəçi də anbara gəlib. Cinayətkar iki mühafizəçi ilə təkbaşına bacara bilməyəcəyini görərək havaya atəş açıb və hadisə yerindən qaçaraq gizlənib. Hazırda şübhəli şəxsin kimliyini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri görülür. Fakt üzrə araşdırma aparılır.

 
 
 

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page