ABŞ-da sərnişin təyyarəsində yanğın.
- Dünya Xəbəri,Günel Ağayeva
- 30 окт. 2015 г.
- 1 мин. чтения

ABŞ-ın Florida əyalətində Venesuellaya gedən bir sərnişin təyyarəsinin qalxışı zamanı baş verən yanğında 15 sərnişin yaralanıb, 1sərnişinin vəziyyəti isə ağırdır.Fort Lauderdale- Hollywood Beynəlxalq Hava Limanında uçuşa qalxan Dynamic Beynəlxalq Hava yollarına aid Boeing 767 model təyyarə yanğının ardından xilas edicilər, sərnişinlərin çoxunu bölgədəki xəstəxanalara aparıblar. Venesuellanın paytaxtı Karakasa uçuşu planlaşdırılan təyyarədə 101 sərnişin vardı.Federal Aviasiya İdarəsi nümayəndəliyindən edilən şərhdə yanğından dərhal əvvəl təyyarənin sol mühərrikindən yanacaq sızıntısı olduğuna dair məlumat verildiyi verldiyini bildirdi.
Comments