Zəngilanın işğalından 22 il keçir.
- Xəbər,Günel Ağayeva
- 29 окт. 2015 г.
- 2 мин. чтения


Kiçik Qafqazın cənub şərqində, Arazın sol sahilində yerləşən Zəngilan Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikası ilə həmsərhəddir. Əlverişli coğrafi şəraitdə yerləşən Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat kilometr olan Zəngilan işğal olunanda əhalisi 35,6 min nəfər olub. Hazırda zəngilanlı məcburi köçkünlərin sayının 33 mindən artıq olduğu bildirilir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq 1974-cü və 1979-cu illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparılıb. Arxeoloji qazıntı işləri zamanı məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsi,Türbələr, sərdabələr sənətkar dəqiqliyi ilə tikilibdi. Hacallı kəndindəki dairəvi bürc – bu tarixi memarlıq abidəsi, XIV əsrə aid Həkərinin sağ sahilində olan Yenikənd kəndində sərdabə mövcud idi. Rayonun Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin-Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi.Qız qalası, qədim alban kilsələri, muzeylər mövcud idi. . Zəngilan rayonu eyni adlı şəhərdən, Micivan qəsəbəsindən və 81 kənddən ibarətdir. Rayonda 14 tibbi müəssisəsi, 11 uşaq bağçası, 62 ümumtəhsil məktəbi, 23 klub, 8 mədəniyyət evi, 3003 min ton kitab saxlanılan 50 kitabxana olub. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Məlum olmuşdur ki, bu şəhər cənubu Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir. Rayon ərazisinin əsas hissəsi dağlardan və çaylardan ibrətdir. Zəngilan qızıl, tikinti daşları mərmər və əhəng kimi faydalı qazıntılara malikdir. Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsi, cənub-şərqə doğru enərək Ağoyuq düzünü əmələ gətirir. Bura təbaşir çöküntülü suxurlardan ibarətdir. Rayonun ərazisində dağlıq hissələrdə sıx meşələr yayılmışdır. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enərək subalp və alp çəmənliklərinə keçir. Zəngilan rayonunda Dünyada 2-ci, Avropada l-ci nadir çinar meşələri vardır. Rayonun ərazisi müalicə əhəmiyyətli bitgilərlə və bulaqlarla zəngindir.Bədnam qonşuların Azərbaycanı parçalamaq niyyəti 1988-cildən 1993-cü ilə kimi davam edib. 29 oktyabr 1993-cü il Zəngilan rayonunun işğal günüdür. Zəngilan birinci Qarabağ müharibəsində 188 şəhid verib. Bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Zəngilanın işğal olunmasından bir müddət əvvəl bütün texnika ərazini tərk edib. Beləliklə, rayon özünümüdafiə dəstələrinin ümidinə qalıb. Lakin onlar da erməni silahlı birləşmələrinin qarşısında aciz olublar. Nəhayət, erməni tankları 4 tərfdən rayona hücuma keçiblər. . Ermənistanın Zəngilanda ikinci Xocalı faciəsini törətmək istəyi alınmayıb. Belə ki, əhali cəld tərpənərək özlərini Araz çayına ataraq İran ərazisinə keçib və bununla da gözlənilən növbəti soyqırımdan xilas olub. İşğaldan sonra Bakı-Micivan-Qafan dəmiryolu xəttinin keçdiyi Micivan stansiyası tamamilə dağıdılıb. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alınıb.
Commentaires