Pekin rəhbərliyi bu gün aldığı bir qərarla ölkədəki "tək uşaq" siyasətinə son verdi.
- Günel Ağayeva
- 29 окт. 2015 г.
- 1 мин. чтения

(ÇKP) aldığı yeni qərarla bütün cütlərin ikinci uşağa sahib ola biləcəyini bildirdi.ÇKP liderləri, paytaxt Pekində, 2016-2020 dövründə tətbiq olunacaq ictimai və iqtisadi islahatların müəyyənləşdirilməsi üçün toplanmışdılar.Çin Kommunist Partiyasının 2013 Noyabr konfransında Çində uzun illərdir davam edən və müzakirələrə səbəb olan tək uşaq siyasəti müzakirə olunub. Buna görə yoldaşlardan birinin tək uşaq olması halında, cütlərin ikinci uşaq sahibi olmasına icazə verilmişdi.Çinin ailə planlaşdırma və tək uşaq siyasəti, ölkənin sürətli artan əhalisini nəzarət altına almaq üçün 1980-ci ildə qüvvəyə minmiş və şəhərlərdə yaşayan ailələrə tək uşaq sərhədi gətirilmişdi. Mərkəzdə yaşayan cütlərə isə, ilk uşaqlarının qız olması halında ikinci uşaq icazəsi verilmişdi.
Comments