Sankt-Peterburqda ermənilər həmyerlimizi amansızca qətlə yetirdilər
- Günel Ağayeva
- 27 окт. 2015 г.
- 1 мин. чтения

39 yaşlı Azərbaycan vətəndaşının yoxa çıxdığı haqda polisə onun milliyyətcə rus olan arvadı sentyabrın 15-də ərizə ilə müraciət edərək bildirib. Rusiya İstintaq Komitəsi müraciətdən üç gün sonra həmin şəxsin qətli ilə bağlı cinayət işi qaldırıb.Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən 4 erməni tutulub.Onlardan biri Ermənistan vətəndaşıdır, qalanlarının isə Rusiya vətəndaşlığı var. Məlum olub ki, sentyabrın 14-də gecə saat 1 radələrində həmin ermənilər Leninqrad vilayətinin Puşkino şəhərindəki restoranda milli zəmində baş verən münaqişə zamanı azərbaycanlını döyüblər,orada ermənilərdən biri azərbaycanlının sinəsinə və kürəyinə 3 bıçaq zərbəsi vuraraq qətlə yetirib.Daha sonra ermənilər Azərbaycan vətəndaşını ona məxsus olan və Moskva dövlət nömrə nişanlı “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Tosnensk rayonu, Krasnıy Bor qəsəbəsi yaxınlığındakı çölə aparıblar. Cəsədi basdırıb və avtomobili guya yandırıblar.İstintaq orqanlarından bildiriblər ki, cəsədin yeri müəyyən edilib və çıxarılıb.Deyilənə görə şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilsə də qalan ikisi başqa yerə getməmək barədə iltizam alaraq buraxılıb.
Comments