"Azad Suriya Ordusu Moskvada Rus səlahiyyətlilərlə gizlicə görüşdü" iddiası.
- Admin
- 27 окт. 2015 г.
- 1 мин. чтения

Suriya Dövlət Başçısı Bəşər Əsədin Moskvada Putinlə etdiyi görüşmənin ardından Azad Suriya Ordusu nümayəndələrinin də keçdiyimiz günlərdə Moskvaya gedərək Rus səlahiyyətlilərlə gizlicə görüşdüyü iddia edildi.Rusiya xarici işlər nazirinin müavini Azad Suriya Ordusu nümayəndələrinin Moskvaya bir ziyarət reallaşdırdıqlarını təsdiqlədi.Rus xarici işlər nazirinin müavini Mixail Bogdanov, ASO-u nümayəndələrinin Moskvaya gəlib gəlmədikləri sualına keçdiyimiz həftə belə bir ziyarətin reallaşdığını açıqladı.Suala Bəli, cavabını verən Bogdanov, Rus Xarici İşlər Nazirliyinin ASO ilə əməkdaşlıq etməyə hazır olduğunu söylədi.Azad Suriya Ordusu isə Rusiyanın Suriyada hərbi dəstəyini istəmədiklərini eşitdirdi. BBC-yə danışan bir ASO-nun spikeri İssam əl-Rəis Moskvanın etibarsız olduğunu və Rusların köməyinə ehtiyacı olmadıqlarını ifadə etdi.Rusiya Prezidenti Vladimir Putinin öz xalqını ayrı-seçkilik etmədən öldürən bir rejimə yardım etdiyini müdafiə edən Əl-Rəis, "Rusların kömək edəcəyinə necə güvənə bilərik" dedi.
Comments