top of page

14 Avropa ölkələrinin başçıları miqrantların sayının artması ilə bağlı görüşüb.

  • Günel Ağayeva
  • 27 окт. 2015 г.
  • 1 мин. чтения

Ötən həftə Yunanıstana hər gün 9 mindən artıq miqrant gəlib - bu, Avropaya miqrant axının indiyədək müşahidə edilmiş ən böyük tempidir.Razılığa görə, Yunanıstan ilin sonunadək 30 min miqrant üçün kifayət qədər otağı olan qəbul mərkəzi yaratmalıdır.Eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, daha 20 min yer ayıracaq.Həmçinin, şimali Almaniya və Skandinaviyaya getmək istəyən miqrantlar üçün ən populyar marşrutlardan olan Balkan ölkələrində də daha 50 min yerlik qəbul mərkəzləri açılacaq.Bir həftə ərzində gələn miqrant sayının tənzimlənməsi üçün Sloveniyaya 400 polis əməkdaşı göndərilsin"Qonşu ölkələrə məlumat vermədən" miqrantların digər ölkələrlə sərhədlərə göndərilməsi dayandırılsınDigər ölkələrə qaçqın miqdarı haqqında informasiya təqdim edə biləcək əlaqələndirici zabitlər təyin edilsinBalkan marşrutu üzrə yerləşən kiçik ölkələr gələn insanların sayına görə miqrant qəbulu resurslarının tükənməsi təhlükəsinin olduğunu deyiblər."Bu, Avropanın nə vaxtsa üzləşdiyi ən böyük sınaqlardan biridir," Almaniya kansleri Angela Merkel bildirib.Gərginlik Macarıstan öz sərhədini bağlaması ilə qaçqınların şimala olan yolda digər marşrut tapmaq üçün Xorvatiya və Sloveniyaya üz tutmağa məcbur olması ilə artıb.Bəzi ölkələrdə hökumət miqrantlara digər ölkələrin sərhədlərinə getmək üçün kömək edir.Danışıqlardan əvvəl Xorvatiyanın baş naziri Zoran Milanovic miqrantların digər ölkələrin sərhədlərinə daşınmasını dayandırmaq xahişini qəbul etməyib.Cənab Milanovic və Sloveniya prezidenti Borut Pahor bildirib ki, bazar günü danışıqlarını o zaman uğurlu adlandırmaq olar ki, Türkiyədən Yunanıstana gələn miqrantlara ciddi məhdudiyyətlər barədə razılığa gəlinsin.Amma bu barədə heç bir razılığa gəlinməyib.Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan miqrantlar, əsasən, Almaniyaya çatıb, bu ölkədən sığınacaq almaq istəyirlər.

コメント


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page