top of page

Independent qəzeti xəbər verirki: "Suriyadan vəba epidemiyası gələ bilər"

  • Günel Ağayeva
  • 26 окт. 2015 г.
  • 2 мин. чтения

Independent qəzeti, İraqın ardından Suriyada da vəba xəstəliyinin aşkar olunması və beynəlxalq bir epidemiya təhlükəsindən narahatlıqa səbəb olduğunu yazdı. Hələ də Suriyada işləyən Suriya Amerika Həkimlər Dərnəyinin sədri Dr. Əhməd Tarakçı, ölkədə tibbi infrastrukturun çökməsi və kömək təşkilatlarının məhdud imkanına malik olması səbəbiylə xəstəliyin sürətlə yayılacağını bildirdi. Tarakçı, " Vəba xəstəliyi çox asan yayılır. İnsanlar ölkə daxilində və xaricində yer dəyişdirirlər, Avropaya üz tuturlar". 4 milyondan çox Suriyalı qaçqın var. Ölkə daxilində də təxminən səkkiz milyon adamın evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilir. Dr. Tarakçı, keçən həftə Hələbdə ölən beş yaşındakı bir uşağın "böyük ehtimalla" vəba səbəbiylə həyatını itirdiyini söylədi. Dərnəkdən Dünya Sağlamlıq Təşkilatına göndərilən yazıda, ilk testlərdən alınan nəticələr səbəbiylə hadisəyə vəba xəstəliyi şübhəsiylə yaxınlaşıldığı sözlərini ifadə etdi. "Kimin vəba bakteriyası daşıdığını bilmirsiniz. Çünki daşıyıcıların 80%-ə qədəri heç bir əlamət göstərmir." Çirkli sudan keçən və daha çox uşaqlara təsir edən bağırsaq infeksiyası xəstəliyi, müalicə olunmadığı halda xəstələri sürətlə öldürər. Suriyada xüsusilə hökumətin nəzarətində olmayan bölgələrdə, su arıtımının çox çətin olduğu, ölkəni tərk edən bir çox Suriyalılar içməli su ehtiyyatının olmaması bu cür xəstəliklərin artmasına gətirib çıxarır söylədi.İraqda son həftələrdə ümumi 1200 vəba hadisəsi baxıldı, altı adam həyatını itirdi. Ölkədə gələcək həftə bir peyvənd proqramı başladılacaq. Dünya Sağlamlıq Təşkilatının Vəba ilə mübarizədən məsul səlahiyyətlisi Dr. Dominique Legros keçən həftə xəstəliyin İraqdan Orta Şərq, Suriya və qaçqın düşərgələrinə yayılacağı narahatlığını dilə gətirmişdi.Ancaq Suriyada bir peyvənd proqramını həyata keçirmənin az qala qeyri-mümkün olduğu yazılır.Bunun səbəbi ölkənin səhiyyə infrastrukturunun gedərək zəifləməsi.İnsan Hüquqları Qorucusu Həkimlər Təşkilatı və bölgədəki səhiyyə işçiləri, Rusiyanın üsyançıların nəzarətindəki bölgələrdə təşkil etdiyi hava hücumlarında xəstəxanaların hədəf alındığını söylədi. Dr. Tarakçı, "Sağlamlıq infrastrukturunun məruz qaldığı davamlı dağıtma səbəbiylə iflic olmuş vəziyyətdəyik. Davamlı beynəlxalq cəmiyyəti hərəkətə keçməyə çağırırıq.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page