Elşad Məmmədov tutduğu vəzifədən azad olunub.
- Günel Ağayeva
- 26 окт. 2015 г.
- 1 мин. чтения

Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub. Bu barədə AzVision.az-a deputat özü məlumat verib. Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb: `Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun`. Qeyd edək ki, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov Daxili İşlər naziri Ramil Usubovun əmriylə tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır.
Kommentare