Donald Trump: "Səddam və Qəddafi həyatda olsaydı dünya çox daha yaxşı olardı"
- Günel Ağayeva
- 26 окт. 2015 г.
- 1 мин. чтения

Meksikalı immiqrantlar haqqındakı irqçi sözləri böyük reaksiyaya səbəb oldu.IŞİD'lə mübarizəni səbəb göstərərək ABŞ-dakı bəzi məscidlərin bağlana biləcəyi sözləri böyük bir narazılığa səbəb oldu. 2016'daki ABŞ prezident seçkilərində Respublikaçı Partiya namizədi olan Donald Trump yenə müzakirə yaradacaq bir şərhə imza atdı. Trump "Səddam və Qəddafi həyatda olsaydı dünya çox daha yaxşı olardı" dedi.
Donald Trump, CNN International'da nəşr olunan bir proqramda etdiyi şərhdə "İnsanların başları kəsilir, insanlar sularda boğularaq ölür. Bugün ki vəziyyət Səddam və ya Qəddafinin hakimiyyətdə olduğu zamanlardan çox daha pisdi fikirlərini söylədi.İraqda əvvəldən terror fəaliyyətlərinin olmadığını ifadə edən Trump, "İndi isə terrorizmin Harvardı dedi və "İllər əvvəlki İraqa baxacaq olsanız ... Mən Səddamın yaxşı bir insan olduğunu söyləmirəm, o qorxunc idi. Lakin İraq bu anda olduğundan çox daha yaxşı idi. İraq bu an sanki terrorçuların təhsil mərkəzidisozlərini söylədi.
"Obamanın rəhbərliyində Orta Şərq daha pisləşdi"
Trump, "İndilərdə kimsə Liviyanı bilmir. Artıq İraq və Liviya yoxdur. Yox oldular, orada bir nəzarət yoxdur. Kimsə nələr döndüyünü bilmir "dedi və Obamanın rəhbərlikdə olduğu dövrdə Orta Şərqin vəziyyətinin pisləşdiyini vurğulayıb.
Trump, "Bu hala baxın. Liviya, Suriya və İraq fəlakət bir vəziyyətdə. Bütün Orta Şərq fəlakət bir vəziyyətdə. Hamısı Hillari Klinton və Barak Obamanın ətrafında yerlə bir oldu sözlərini söylədi.
Comments