"Din Və Sülh"
- Könül Həsənova
- 26 окт. 2015 г.
- 1 мин. чтения

Oktyabrın 29-da Rusiyanın paytaxtında “Din və sülh” mövzusunda III Moskva Beynəlxalq Forumu keçiriləcək.
Moskva hökumətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində müasir dünyada dinin rolu müzakirə ediləcək. Tədbirin təşkilatçısı Moskva şəhər milli siyasət, regionlararası əlaqələr və turizm departamentidir.
Forumda xristian, islam, buddizm və iudaizm dinlərinin nümayəndələri iştirak edəcəklər. Təşkilatçılar, həmçinin MDB-nin Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin iştirakını gözləyirlər. Forum iştirakçılarının diqqət mərkəzində Yaxın Şərqdəki vəziyyət və bu regionda dinlərarası sülhə nail olunması, dini xeyriyyə təşkilatlarının fəaliyyəti, ənənəvi mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanılması məsələləri olacaq. Xatırladaq ki, “Din və sülh” II Moskva Beynəlxalq Forumu keçən ilin oktyabrında keçirilib. Forum çoxlu sayda iştirakçıları, o cümlədən müxtəlif konfessiyaların nümayəndələrini, dinşünasları, siyasətçiləri, jurnalistləri, ictimai xadimləri bir araya gətirib.
Commentaires