Danny Boyle-ın Apple şirkətinin əfsanəvi yaradıcısı Steve Jobs-a həsr etdiyi eyniadlı film Şimali Am
- Günel Ağayeva
- 26 окт. 2015 г.
- 1 мин. чтения

Belə ki, film prokata verildiyi ilk həftə ərzində kinoteatrlardan ümumilikdə cəmi 7.3 milyon dollar toplaya bilib.Michael Fassbender-in baş roldakı ifasına görə "ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatına namizədliyi irəli sürülmüş bu film kinoçartlarda yalnız 7-ci yerə çıxa bilib.Ən yaxşı filmlər siyahısına başçılıq edən Ridley Scott-un The Martian (Marsdan gələn) lentinin prokat göstəricisi 15.9 milyon dollar təşkil edib.Steve Jobs haqqında filmin çəkiliş xərci 30 milyon dollar təşkil edib.Filmdə baş rollarda Seth Rogen və Kate Winslet kimi ulduzlar çəkilib.Apple şirkətinin təsisçisi Steve Jobs 2011-ci ildə vəfat etdikdən sonra onun haqqında bir neçə sənədli və bədii filmlər çəkilib.Bunların arasında ən çox müzakirəyə səbəb olan və kino icmalçılar tərəfindən alqışla qarşılananı məhz Danny Boyle-ın çəkdiyi film olub.
Comments