top of page

Bakıda silahlı insident olub.

  • Günel Ağayeva
  • 26 окт. 2015 г.
  • 1 мин. чтения

Hadisə oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində qeydə alınıb. Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi “Naqan” tipli tapança götürülüb. Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page