Bəşər Əsəd, Rus parlamentarlarla görüşdü.
- Günel Ağayeva
- 25 окт. 2015 г.
- 1 мин. чтения

Suriyanın paytaxtı Şamda Rus parlamentarlardan ibarət heyətlə görüşən Suriya Prezidenti Bəşər Əsədin, erkən seçki tənzimləməyə hazır olduğunu söylədiyi irəli sürüldü. Şamda Əsədlə görüşən heyətdə yer alan Kommunist Partiyasının Millət vəkili Aleksandr Yuşşenko, Rus mətbuatına etdiyi şərhdə, "Əsəd, Suriya xalqının vacib bildiyi halda, ölkədə sülh və sabitlik istəyən bütün qrupların qatılacağı erkən seçki tənzimləməyə hazır olduğunu və yenə xalq istəsə bu seçkilərə qatıla biləcəyini "xəbər verdi.Yuşenko, Əsədin Rus parlamentarlarla Suriyaya dəstəklərini ötəri təşəkkür etdiyini bildirdi. Yuşenko, Əsədin Suriyanın yenilənməsində Rusiyanın köməyinə ehtiyac duyacaqlarını bildirdiyini və Rus şirkətləri ilə əməkdaşlıq çağırışında olduğunu söylədi.Rus parlamentarlardan ibarət bir heyətin 23 Oktyabrda Əsədlə görüşmək üzrə Suriyaya getdiyi bildirilmişdi. Əsədin 20 Oktyabr axşamı da Moskvaya gələrək Rusiya Prezidenti Vladimir Putinlə Suriyadakı son inkişafları ələ aldığı açıqlanmışdı.
Comments