top of page

Bakıda sabah güclü şimal-qərb küləyi əsəcək, yağış yağacaq.

  • Günel Ağayeva
  • 25 окт. 2015 г.
  • 1 мин. чтения

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.Səhər zəif duman, çiskin olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 11-13°, gündüz 14-16° isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında şimşək çaxacaq, arabir yağış yağacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

Azərbaycan rayonlarında arabir yağış yağacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 14-18° isti, dağlarda gecə 5-10°, gündüz 10-14° isti olacağı gözlənilir.

Comments


  • Facebook Social Icon
  • Twitter Social Icon
  • Google+ Social Icon
  • YouTube Social  Icon
  • Instagram Social Icon
  • Black Facebook Icon
  • Black Twitter Icon
  • Black Google+ Icon
  • Black YouTube Icon
  • Black Instagram Icon
Внести через PayPal

Bizim sponsorlar

Reklam yerləşdirin

© 2014 «BizimTV».

bottom of page