ABŞ-ın havadan etdiyi 50 tonluq yardım PYD'yə getdi.
- Günel Ağayeva
- 25 окт. 2015 г.
- 1 мин. чтения

ABŞ-ın Suriyaya havadan etdiyi yardımın kimə getdiyi mübahisəsi davam edir. Yardımın Ərəb qruplara deyil, PYD'yə getdiyinə yeni bir iddia ortaya çıxdı.
Iddianı İŞİD-in əleyhdarı koalisiyanın üzvü Liva Tuvvar Rakka'nın lideri Əbu İssa bildirdi.
Washington Post qəzetinə danışan Əbu İssa, 11 Oktyabrda Al-Hasakeh-ə endirilən 50 tonluq yardımların PYD'nin silahlı qolu YPG tərəfindən alındığını söylədi.
İssa, "Silah və sursata hara getdiyini bilmirəm ancaq Al-Hasakehdəki cəbhə xəttlərində istifadə edilmələri mümkündür" bildirdi.Vaşinqtonun yardımları ilk gündən bu yana müzakirə mövzusu oldu.Ankara, PYD'yə kömək edilmiş olması halında ABŞ-a reaksiya göstəriləcəyini bildirir.Vaşinqton rəhbərliyi isə, yardımların kürdlərə deyil Ərəb qruplara verildiyi israrla bildirir.
Comments