Rusiya: Azad Suriya Ordusuna havadan dəstək verə bilərik.
- Günel Ağayeva
- 24 окт. 2015 г.
- 1 мин. чтения

Rusiya xarici işlər naziri Sergey Lavrov, Suriyada terror təşkilatı IŞİD-lə döyüşən Azad Suriya Ordusuna havadan dəstək təmin edəcəklərini açıqladı. AFP-in xəbərinə görə, Rossiya 1 televiziyasına danışan Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, "Azad Suriya Ordusu daxil vətənpərvər müxaliflərə havadan dəstək verməyə hazırıq" dedi.Lavrov həmçinin, parlament və prezident seçkilərinin, Suriyadakı hər hansı bir siyasi həllin parçası olması lazım olduğunu və yaxın gələcəkdə bir razılığa gəlmək üçün irəliləmə olabiləcəyinə dair ümidli olduğunu söylədi.Rusiya, Əsəd rejiminə dəstək olmaq üçün 30 Sentyabrdan bu yana Suriyada hava əməliyyatları təşkil edir.
Commentaires